Peqov “köməyə” gəldi və Şuşadan bu cür qaçdı – Video

Peqov “köməyə” gəldi və Şuşadan bu cür qaçdı – Video

Erməni təbliğat maşını bir daha “WarGonzo”nun ümidinə qaldığını göstərib.

Müstəqil.Az xəbər verir ki, Hadrut qəsəbəsinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmədiyini cidd-cəhdlə “sübut etməyə” çalışan rüsvayçı Semyon Peqov faktlar üzə çıxandan sonra Sibirə qədər qaçmışdı.

Ancaq görünür, ağır vəziyyətdə olan ermənilər yenə də bu təxribatçı “jurnalistin” yardımına ehtiyac duyublar.

S. Peqov da özünü onlara çatdırıb – amma bu dəfə Şuşa ətrafında “azərbaycanlı diversantların” necə geri oturdulduğunu göstərmək üçün.

Bütün reportajı boyunca separatçı-terrorçuları cidd şəkildə müdafiə etməyə çalışan Peqovun reportajının “şirin” yerində atışma başlayır. Az sonra bir yaralı verərək geri çəkilən terrorçu dəstə ilə birgə aradan çıxır.

Peqovun sözlərinə görə, “təhlükəli olduğu üçün” ondan ərazini (Şuşanın düz yanını) tərk etmək tələb edilib. Ərazini tərk edərkən isə 3 məqam diqqəti cəlb edib:

1. Avtomobil daimi olaraq eniş enir (Şuşanın yüksəklikdə olduğunu bilirsiniz)

2. Avtomobildə nədənsə yalnız çəkiliş qrupu deyil, həm də erməni silahlılarıdır

3. Yaralı hansısa bir şəhər, kənd xəstəxanasına deyil, səhra hospitalına bənzər yerə yerləşdirilir.

Və həmin yerdəcə Peqov tez-tələsik reportajını tamamlayır.

Deyəsən, “təhlükəli ərazini” Peqov erməni separatçı-terrorçuları ilə birgə tərk etdiyini və uzaqlara qaçdığını deməyi unudur…

Qeyd edək ki, Peqovun bu reportajı Yutuba yeni qoyulmasına rəğmən, erməni mediası onu tirajlamaqla məşğuldur.

Xatırladaq ki, Qırmızı Xaçın avtomobilində Hadruta gələrək, guya qəsəbənin hələ də ermənilərin nəzarətində olduğu yalanını tirajlamaqla erməni təbliğat aparatının əlində alət olduğunu göstərən, amma çəkdiyi videolarda belə saxtakarlıqlarını gizləməyi bacarmayan və öz videosu ilə özünü ifşa edən, S.Peqova qarşı Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb.

Müstəqil.Az

Share: