Peruda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 310 min insanın yaşadığı Pukalpa şəhərindən 44 km şimal-qərbdə, 151 km dərinlikdə yerləşib.
Təbiət hadisəsi nəticəsində tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.