Peyvənd olunan 2 nəfər dünyasını dəyişdi

Peyvənd olunan 2 nəfər dünyasını dəyişdi

Norveçdə koronavirusa qarşı peyvənd olunmuş iki nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Tibb Agentliyi məlumat yayıb.

Bildirilib ki, 5 yanvar tarixində iki ölüm xəbəri təsdiqlənib.

Hazırda ölümlərin vaksinlə əlaqəli olub-olmadığı araşdırılır.

Qeyd edək ki, Norveç 27 dekabr 2020-ci ildən Amerikanın “Pfizer” şirkəti və alman tərəfdaşı “BioNTech” tərəfindən istehsal olunan vaksinin risk qruplarında tətbiqinə başlamışdı.

 

Müstəqil.Az

Share: