“İnsanlar hər il koronavirusa qarşı peyvənd edilsə pandemiya sona çatacaq və dünya normal vəziyyətə qayıdacaq”.
Müstəqil.az xəbər verir ki, bunu “Pfizer” şirkətinin baş direktoru Albert Burla bəyan edib.
“Düşünürəm ki, normal həyatımıza qayıda bilərik. Bu, yeni variantların (virusun – Red) yaranmayacağı anlamına gəlmir. Peyvəndsiz normal həyat yaşaya biləcəyimizi düşünmürəm” – Burla bəyan edib.
Onun sözlərinə görə, alimlər təsiri ən azı bir il davam edəcək dərmanlar yarada biləcəklər. (“Report”)