Azərbaycan Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.
“Qafqazinfo” xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək İsrail – Şimali İrlandiya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Matç sentyabrın 27-də Tel-Əviv şəhərindəki “Bloomfield” stadionunda oynanılacaq.