Ermənistan İraq və Suriyadan gətirdiyi PKK-çıları işğal altındakı Şuşa şəhərinə yerləşdirib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Ermənistan PKK-çılara Azərbaycan hərbi formasını geyindirir:
“Burada iki məqsəd var: Ermənistan həm bu yolla Azərbaycan əsgərini aldatmağa çalışır, həm də ölən terrorçuları Azərbaycan tərəfindən döyüşən PKK-çı kimi göstərməyə cəhd edir”.
Həmçinin o da qeyd edilib ki, Azərbaycan Ordusuna təslim olan erməni əsgərləri PKK-çıların onlarla birlikdə döyüşdüyünü etiraf edib.
Müstəqil.Az