Ukraynada kimyəvi silahlarla bağlı saxta məlumatlar rusiylıların kütləvi hərbi cinayətlərinə haqq qazandırmaq üçün növbəti cəhdidir.
Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.
Müşavir xatırladıb ki, rusiyalılar artıq “çirkli nüvə bombası”, “müharibə göyərçinləri” və “Zaparojye AES-də 180 dərəcə dönən möcüzə mərmiləri” haqqında saxta məlumatlar yayıblar.
Qeyd edək ki, bu yaxınlarda Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində Rusiya hərbçiləri zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisədən sonra Rusiya tərəfi Ukraynanı kimyəvi silahdan istifadə etməkdə ittiham edib.
Нові фейки Рф для Женеви… Ми вже чули про «брудну ядерну бомбу», «бойових голубів» та «диво-снаряди на ЗАЕС, що розвертаються на 180°». Нова серія — «хімічна зброя України». Безумовно, все це — суто пропаганда, якою росіяни хочуть виправдати свої масові воєнні злочини.
— Михайло Подоляк (@Podolyak_M) September 4, 2022