Müstəqil.Az xəbər verir ki, Adalet.az saytında Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri Polad Bülbüloğlunu müdafiə edən yazı dərc olunub :
“Polad Bülbüloğlu da Rusiyada yaşayan azərbaycanlılara müraciət etmişdi ki, sərhədə axışmayın. İnsanları da qınamırıq, naəlac qalıb sərhədə axışdılar.
İndi bu işdə Polad Bülbüloğlunun günahı nədi? Niyə o söyülməli və təhqir olunmalıdı?
Dostlar, Polad Bülbüloğlu Allahın bayısı oğlu deyil!”
Bəzən adama elə gəlir ki, Polad Bülbüoğlu Azərbaycanın Rusiyadakı səlahiyyətli yox, səlahiyyətsiz səfiridir. Hamı bilir ki, bizim ölkəmiz və ölkəmizdə yaşayan millətimiz nəinki uzaq, gözəgörünməz Allahın nə bacısı uşağıdır, nə də onun diqqətindədir. Olsaydı əgər bu dəqiqə XİN-in bəzi səriştəsizləri artıq Dağıstanda olardı, birgə komisuiya təşkil olunardı və bu ürəkağrıdıcı mənzərəyə son qoyulardı, insanımız vətəninə dönərdi.
Bildiyimiz və bizi ağrıdan budur ki, bizim dövlət olaraq heç nəyə duxumuz çatmır və çatmayacaq da. Görək bir rusu, Rusiya vətəndaşı olan rusu demirəm ha, elə öz vətəndaşımız olanlardan bəhs edirəm, haqlı, yaxud haqsız incidə bilərik? Cəlilabadlılar, demiş, “gala bıdraq”, heç vaxt. Çünki Rusiya Prezidenti Vladimir Vladimir oğlu Putin deyib: Harda yaşamasından, hansı ölkənin vətəndaşı olmasından aslı olmayaraq Rusiya rusların yanındadır və onların hüquqlarını qoruyur.
Daha heç nə yazmıram və Adalet.az-ın Polada haqq qazandıran yazısını yayınlayıram”.
Faiq Balabəyli