Dostlar POLAD GENERALIMIZ kitabı artıq hazırdı. Sabahdan nəşriyyatdan əldə edə bilərsiz. kitabı 2000 ədəd tam rəngli nəşr etdik. Pulsuzdur. çox istərdim ki, məktəblilər, gənclər əldə etsin.
Müstəqil.Az xəbər verir ki, bu sözləri “Qanun” nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu özünün feysbuk səhifəsində kitab haqda məlumat verərkən yazıb.
«General Polad Həşimov haqqında bir-birindən maraqlı və təsirli xatirələr oxudum. Bir yerə toplasan, maraqlı bir kitab alınar. Zabit və əsgərlərimiz, gələcək nəsillər üçün örnək, ailəsinə isə az da olsa təsəlli olar. Ailəsindən, dostlarından kimsə o xatirələri mənə çatdıra bilsə, gözəl, general adına layiq bir kitab nəşr edərəm. Öncədən bildirim ki, kitab nəşriyyat hesabına olacaq, qoy o böyük insanın xatirəsinə bizim də bir töhfəmiz olsun”.
Polad generalımız haqqında belə bir post yazmışdım. Facebook-dan Aytən Həsənova yazdı, materialları toplamaqda köməyini təklif etdi, Müsəllim müəllim, Ayla xanım redaktə edəcəklərini boyun aldılar. Hamısına təşəkkür edirəm.
Nəşriyyatımızın məsuliyyətli işçilərindən biri Jaləyə materialları toplamağı, sistemləşdirməyi tapşırdım. Və artıq versiya hazırdır. İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun.
Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm.
Mətnlərin yığılmasında zəhməti olan Jaləyə, əvəzsiz tərtibatçımız Rafaelə, arxivlərə baş vurub, şəkillər üzə çıxaran Rahilə və Ramilə, eləcə də, bayram günlərində bu kitabın çap işini görən Ənvər başda olmaqla, mətbəə komandamıza dərin təşəkkür edirəm.
Biz bu nəşri generalımızın əziz xatirəsinə “Qanun” ailəsinin töhfəsi olaraq nəşr edirik. Nəşr pulsuz paylanacaq.
İşiniz avand olsun. Generalımızın qanı yerdə qalmasın.
Hörmətlə,
Şahbaz Xuduoğlu”
Müstəqil.Az