Onlarla şəxsə sosial yardım düzəltmək adı ilə pullarını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba RPŞ-nin keçirdiyi tədbirlərlə Bakı sakini Romal Bəyəlizadə saxlanılıb.
O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində Bakı şəhərində, eləcə də respublikanın bir neçə rayonunda sosial müavinət düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların külli miqdarda pullarını mənimsəməkdə şübhəli bilinir: “Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
R.Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır”.