Lerikdə çətin relyef şəraitində keçirilən əməliyyat zamanı narkokuryerlər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Müstəqil.Az – a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinləri Aqil Məmişov və Nurlan Bayramov saxlanılıblar.
Onlardan 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Müstəqil.Az