Sosial şəbəkələrdə Binəqədi rayonunda polis, SOCAR və İcra Hakimiyyəti əməkdaşlarının şəhid ailələrinə guya təzyiq etməsi ilə bağlı məqsədli olaraq təşkil olunan görüntülər yayılıb.
Müstəqil.Az xəbər verir ki, görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a danışıb.
Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, rayonun Hökməli qəsəbəsində bir qrup şəxs tərəfindən qanunsuz olaraq torpaqların zəbt olunaraq tikinti aparılması müşahidə olunub:
“Həmin yerdə qeydə alının qanunsuz halların qaşısını almaq üçün əraziyə cəlb olunan müvafiq qurumların əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan həmin şəxslər, şəhid və qazi ailələri adından sui-istifadə edərək, diqqəti qanunsuz əməllərdən yayındırmağa çalışıblar”.
E.Hacıyev bildirib ki, hadisə yerində hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır:
“Polis əməkdaşları ərazidə ictimai qaydanı və ictimai təhlükəsizliyi təmin ediblər”.
Müstəqil.Az