Polis olmaq üçün 5 il Polis Akademiyasında oxumalısan. Çətin olan kazarma şəraitindən keçməlisən. Rütbələr heç kimə durduq yerdə verilmir. Adı çəkilən məmur yaxınları hər biri zəhmət çəkmiş oğlanlardır. Yaxşı təhsil və tərbiyə alıblar. Onlar yalnız öz dünyagörüşü və təcrübələrinə görə həmin postlarda oturublar.
Müstəqil.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Anyus.az-a geniş müsahibəsi zamanı jurnalistin “cəmiyyətdə belə bir fikir var ki, məmurların qohumları DİN orqanlarında qohumlarına görə vəzifə alıblar. Sizcə bu təsadüfdürmü” sualına cavabında bildirib.