Jalə Mütəllimova
Polis hakimiyyətin bir qanadıdır. Əslində ölkədə çoxlu sayda cinayətlərin artmasına sədd də demək olar polisə.
Bəli, bu ayrı məsələ ki, dünyanın hər yerində bu güc orqanının adı dövləti gücsüz qoyan bir qisim məsələlərdə də hallanır. Buna bir təəssüf…
Amma və lakin polis, polisidir…ONU DÖYMƏK OLMAZ!
Spirtli içki içib döymək, heç olmaz!
Dövlətin gerbi, forması əynindədirsə, qəti olmaz!
Sən özün də dövlət xadimisənsə, zinhar olmaz!
Yox, kimsə formada olan polisin haqlı iradına əməl eləmir, qalxıb ona əl qaldırırsa, üstəlik o da hakimiyyətin digər qolunun Milli Məclisin, qanunverici orqanın üzvüdürsə, bu artıq harınlıq göstəricisidir. Xaçmazda polis döyən Eldəniz deputatın situasiyasında polisə deyilir ki…
Birincisi, sən kimsən mənim restoran müdiri əmimim obyektinə vaxt qoyursan…Əslində polis də TƏBIBInzibilinə düşüb. Vaxtı TƏBIB qoyub axı…Vaxt da hamının gəlir yerinə dönüb, bu da ayrı dərdimizdi…Qayıdaq Eldəniz deputatın məsələsinə…
Deputat polis şapalaqlamaqda ikinci onu deyib ki, sən kimsən mən içəridə yeyib-içəndə sən vaxt bitdi deməyə gəlmisən?!.
Polis də qorxub və susub. Kimdən desəniz, hətta öz nazirindən də…Sıravi bir polis nə bilsin ki, bir deputatın ona vurduğu şapalaq necə qarşılanar? Nə bilsin ki, deputat kimin adamıdır? Bəlkə heç nazir də ona söz deyə bilməz?..
Bu sadaladıqlarım deməyə əsas verir ki, Milli Məclisə son seçkilərdə, islahat adı altında çox oyun durxuzdular. Bu “oynayanlar” əslində ənənəsi olmayan, ierarxiya gözləməyən, ümumiyyətlə, bunun nə olduğunu bilməyən, özü yol və üzr istəyərək deyəcəyəm, çiy, natamam gənclərlə dolduruldu. Ona görə çiy və natamam ki, hrç nəyi özləri qazanmayıb, qohum-əqrəbalı olmaq yqxşı dövlət xadimi olmağın demək deyil. O elə əqrəban var deməkdi.
Infi, bu əqrəbalılatın və çiylərin biri şortikdə formada olan məhkəmə icraçısını təhqir edir, ailə münasibətləri qüsurlu…bu da belə polis şapalaqlayır.
Indi bu deputatın məsələsini MM-in müvafiq komitələri müzakirə esəcəkmi?
Hansı deputat və ya MM-in rəhbərlərindən kim,
reaksiya verəcək məsələyə?
Qanunlara qaydalara zidd davranışına görə
cəza alacaqmı deputat?
Tutalım cəza aldı. Bu cəza fərd olaraq onu tərbiyələndirəcəkmi? Heç olmasa ictimai rəy qarşısına çıxıb deyəcəkmi ki, mən ədəbsizlik eləmişəm, düzgün deyildi davranışım və sair. Mən inanmıram düzü. Və seçki prosesinin içində olduğum üçün bircə təklifdə buluna bilərəm, əgər ki, bir deputat katibənin bir yerinə kamera önündə tumar çəkir, utanmırsa, başqasına pul atmaqdan çəkinmirsə, ona buna ağıl verib, məsələn jurnalistə evindən çıx söyləyirsə, canım sizə desin, bir dəfə bir cümlədə dövlətini, liderini savunmayıbsa. Doqqazından o tərəfdə onu tanımırlarsa və sair.
Vallah da, billah da buraxın bu parlamenti cənablar.
Bu parlament elə media cameəsi günündədir. Bu parlamentdə cəmi bir ovuc deputat var ki, dövləti üçün çalışır, mediadakı kimi…
Bu parlament…. nə isə…
…Onu buraxmaq zamanıdır, vəssalam.
DIN-in döyülən polislə balğı deputat Eldəniz yoldaşı prokurorluğa şikayəti isə bu yöndə ümidləri artırır…Gözləyək görək noolur?..
31.07.2021.