ABŞ azarkeşi dünya çempionatına göy qurşağını əks etdirən sarğı taxdığı üçün Qətər polisi tərəfindən saxlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əl-Tumama stadionunda İran-ABŞ oyununda baş verib.
Kimliyi açıqlanmayan tərəfdarın LGBTQ+ sarğı ilə şəkli çəkdirdiyi ortaya çıxıb.
Belə ki, azarkeşin əynindəki mavi-ağ zolaqlı köynəyinin üstündə “Birləşin + Gücləndirin” yazılıb.
Qeyd edək ki, Qətər hökuməti LGBT-ni qəbul etmir.