Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib.
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir.
Bildirilib ki, Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib.
Məlumata görə, kadr dəyişiklikləri ölkənin Baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.