Polşa Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək

Polşa Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək

Polşa Kalininqrad vilayətində Rusiya Federasiyası ilə sərhədin mühafizəsini gücləndirəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa hökumətinin başçısı Mateuş Moravetski açıqlayıb.

“Polşa-Rusiya sərhədində biz əvvəllər Belarusla sərhəddə olduğu kimi təhlükəsizliyi təmin edəcəyik”, – Moravetski əlavə edib.

Qeyd edək ki, ötən ilin yanvarında miqrasiya böhranı fonunda Polşa hakimiyyəti Belarusla sərhəddə divar hörmək qərarına gəlib. Hasarın hündürlüyü 5,5 metr, uzunluğu isə 186 kilometrdən çox olacaq.


Share: