Polşa Rusiyadan sənət əsərlərinin geri qaytarılmasını tələb edir

Polşa Rusiyadan sənət əsərlərinin geri qaytarılmasını tələb edir

Polşa İkinci Dünya Müharibəsi illərində SSRİ-yə daşınan sənət əsərlərinin geri qaytarılması üçün Rusiya Federasiyasına yeddi ərizə ilə müraciət edib.

Bu barədə Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin bəyanatında deyilir.

Öz növbəsində Polşanın mədəniyyət və milli irs naziri Petr Qlinski ərizələrin diplomatik kanallar vasitəsilə göndərildiyini vurğulayıb.

“Son altı il ərzində biz müxtəlif ölkələrdə 600-dən çox hərbi mülkiyyətimizi geri qaytarsaq da, Rusiyadan heç nəyi geri ala bilməmişik”, – deyə polşalı nazir vurğulayıb.

Mənbə: Gov.pl

Share: