Polşa hakimiyyəti Ukraynaya əsgər göndərə biləcək.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polşalı jurnalist Mixail Radzikovski məlumat verib.
O bildirib ki, Varşava vətənpərvərlik povestindən istifadə etsə də, bunun ölkənin milli maraqları ilə əlaqəsi yoxdur:
“Həm baş nazir, həm də digər qərar qəbul edənlər Rusiya təhlükəsindən qorunmaq üçün Polşa əsgərlərini Ukrayna cəbhəsinə göndərməyə hazır olacaqlar”.