Varşava Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemlərini göndərməyəcək.
xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda aprelin 11-də Vilnüsdə Litva və Ukrayna prezidentləri ilə birgə konfransda bildirib.
“Polşada hazırda Patriot hava hücumundan müdafiə sistemləri yoxdur, biz bu sistemləri yenicə quraşdırmağa başlayırıq. Bu gün istəsək də nəyisə göndərmək imkanımız yoxdur”, – prezident qeyd edib.
Duda bildirib ki, hazırda Polşada ABŞ ordusuna aid “Patriot” sistemləri yerləşdirilib. Polşa lideri əmindir ki, Varşava daimi olaraq Rusiyanın “potensial hücumu” təhlükəsi altındadır.