Dölün qüsurları səbəbindən abort qadağasına etiraz edən minlərlə polşalı ölkənin müxtəlif şəhərlərində aksiya keçirib.
Bu barədə “The Sun” xəbər yayıb.
Etirazlar Varşava, Qdansk, Poznan və digər şəhərlərdə baş tutub.
Feministlər və insan hüquqları müdafiəçiləri abortları dəstəkləyən yazılarla, kilsələrin önündə də oturaraq etiraz ediblər.
“Mənim bədənim-mənim seçimim”, “Kilsə, siyasətdən rədd ol” şüarları səsləndirən nümayişçilər bəzi kilsələrdə bazar ibadətini dayandırıblar.
Polisin etirazı zorakılıqla dağıtdığı, 15 nəfərin nəzarətə götürüldüyü bildirilib.
Xatırladaq ki, Polşada dölün xəstəliyinə görə abortu qadağan edilib.(oxu/az)