Polşalı aktrisa Hanna Ziembjuska yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Polşalı teatr və kino aktrisası Hanna Ziembjuska 89 yaşında vəfat edib.
Hanna 7 avqust 1934-cü ildə Sofiyada (Bolqarıstan) anadan olub. 1957-ci ildə Varşava Ali Teatr Məktəbini bitirib. Varşava və Lodz teatrlarında işləyib.
1960-cı illərin əvvəllərində çəkilmiş “Gecənin toxunuşu” və “Cümlə” filmlərində baş rolları oynayıb.
O, aktyor Yan Kabuszewskinin (1934-2019) həyat yoldaşı olub.