Portuqaliyanın baş məşqçisi Ronaldunun davranışını şərh etdi

Portuqaliyanın baş məşqçisi Ronaldunun davranışını şərh etdi

Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Cənubi Koreya ilə oyunda komandanın kapitanı Kriştianu Ronaldonun davranışını şərh edib.

Ronaldo 65-ci dəqiqədə əvəzlənib. Meydanı tərk edən Kriş koreyalı futbolçu ilə söz davasına çıxıb. Ronaldunun sözlərinə görə, koreyalı onu meydandan qovub və hər cür təhqir edib.

“Bir daha deyirəm: Meydanda heç nə eşitmədim, çox uzaqda idim və yalnız onun koreyalı ilə mübahisə etdiyini gördüm. Şəkillərə sonra baxdım? Bəli. Xoşuma gəldi? Heç də yox, heç xoşuma gəlmədi”, – deyən Santuş bütün məsələlərin komanda daxilində həll edilməli olduğunu əlavə edib.

Portuqaliya millisinin çalışdırıcısı onu da qeyd edib ki, hazırda komanda bütün diqqətini İsveçrə ilə 1/8 final oyununa yönəldib.

Mənbə: kp.ru

Share: