Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarına 336 min xidmət göstərilib

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarına 336 min xidmət göstərilib

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarına 336 min xidmət göstərilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -ya verilən xəbərə görə, Nazirlik tərəfindən icra olunan sosial dəstək tədbirləri çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 22,7 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 60 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2 105 şəxs 53,3 min reabilitasiya vasitəsi, o cümlədən 468 şəxs 489 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,4 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 336 min xidmət göstərilib.

Share: