İndoneziyanın müdafiə naziri Prabovo Subianto ölkənin yeni prezidenti seçilib.
xəbər verir ki, bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunur ki, Subianto ölkənin 38 əyalətindən 36-da qalib gəlib.
Onun andiçmə mərasimi oktyabrın 20-də baş tutacaq.
Subiantonun rəqibləri Ganjar Pranovo və Anis Basvedan nəticələrlə razılaşmayıblar və İndoneziya Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə etiraz etməyi planlaşdırırlar.