Çexiya artıq Ukrayna Silahlı Qüvvələrinə mərmilərin alınması üçün 1,6 milyard avro toplayıb.
xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıhal Çexiyaya səfərini şərh edərkən bildirib.
“Cənab Fiala ilə ikitərəfli görüş zamanı biz artilleriya təşəbbüsünün həyata keçirilməsini müzakirə etdik, bunun üçün artıq 1,6 milyard avrodan çox vəsait toplanıb. İyun ayından sursatların vaxtında, sistemli və qrafikə uyğun gəlməsi bizim üçün vacibdir”, – Şmıhal qeyd edib.