Praqada minlərlə insan qiymət artımına etiraz etdi

Praqada minlərlə insan qiymət artımına etiraz etdi

Şənbə günü Praqanın mərkəzindəki Vatslav meydanında minlərlə vətəndaşın iştirakı ilə hökumət əleyhinə mitinq keçirilib.

İştirakçıları Vatslav meydanının təxminən yarısını dolduran aksiya “Çexiya yoxsulluğa qarşı” şüarı ilə baş tutub.

Tədbir zamanı respublika hökumətinin ünvanına kəskin tənqidlər səslənib. Artan xərclərin və inflyasiyanın qarşısını almaq üçün tələblər irəli sürülüb. Etirazçılar Çexiya hakimiyyətinin yürütdüyü siyasətlə razılaşmadıqlarını bildiriblər.

Məlumata görə, polis paltarında Z hərfi və “Vaqner” özəl hərbi dəstəsinin simvolu şəklində zolaqlar olan bir şəxsi saxlayıb. Digər ictimai qayda pozuntusu qeydə alınmayıb.

Mənbə: TASS

Share: