İngiltərə Premyer Liqasının üç gün ərzində keçiriləcək bütün oyunlarında Pele yad olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qərarı İngiltərə Premyer Liqası verib.
Dekabrın 30-31-də və yanvarın 1-də keçiriləcək matçlar bir dəqiqəlik sükutla başlayacaq. Bundan başqa, qarşılaşmanın bütün iştirakçıları qollarında qara sarğı ilə meydana çıxacaqlar.
Qeyd edək ki, futbol üzrə yeganə üçqat dünya çempionu olan Pele 82 yaşında vəfat edib.