İsrailin Milli Təhlükəsizlik Tədqiqatları İnstitutu Prezident İshaq Hersoqa illik hesabatını verib.
Müstəqil.Az xəbər verir ki, hesabatda ilk növbədə İranın nüvə fəaliyyəti haqqında bəhs edilib. İnstitut Tehranın nüvə silahı yaradılması üçün zəruri olan təcrübə və biliyi topladığını və uranın zənginləşdirilməsi sahəsində irəlilədiyini bildirib:
“O, əvvəllər kritik sayılan sərhədləri keçib. İran bir neçə ay ərzində nüvə silahını yarada bilmək imkanına sahib olmağa çox yaxın olacaq”.
Təşkilat prezidenti İranı dayandırmaq üçün güc tətbiq etməyə hazır olmağa səsləyib.
Müstəqil.Az