Azərbaycan Prezidenti İlham Əliyev Fəzail İbrahimlini təltif edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Milli Məclisin sədr müavini olan F. İbrahimlinin bu gün 70 yaşı tamam olur.