Prezident İlham Əliyev 39 il sonra eyni gündə Şuşada

Prezident İlham Əliyev 39 il sonra eyni gündə Şuşada

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan Şuşa şəhərinə səfəri ümummilli lider Heydər Əliyevin bu şəhərə səfərinin 39-cu ildönümünə təsadüf edib. 1982-ci ilin yanvarın 14-də ulu öndər Heydər Əliyev Şuşaya səfər etmişdir və İlham Əliyev o zanan bu səfərdə atasını müşaiyyət etmişdir.

Müstəqil. Az xəbər ki, bu sözləri Prezidentin sabiq köməkçisi, professor Əli Həsənov Prezidentin Şuşa səfəri haqda özünün sosaial şəbəkədəki divarında fikrini bildirərkən yayınlayıb.
O, əlavə edib ki, ölkə başçısı  səfər çərçivəsində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin türbəsinin açılışı baş tutmuşdur.
Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı 1982-ci ildə Şuşada Natəvan bulağının qarşısında çəkilmiş fotonu nümayiş etdirib. Verilmiş məlumatlarda Qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Müstəqil.Az
Share: