Prezident İlham Əliyev: Ermənistanın indiki rəhbərliyi Soros fondunun agentləridir

Müstəqil.Az bildirir ki, bu fikirləri ölkə başçısı Balakən regional “Asan xidmət” mərkəzinin açılışında səsləndirmişdir.

“Heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub”.

Müstəqil.Az

Share: