Prezident, milyarder, siyasətçi yaxtada qızlarla yaxalandı – Sensasiya

Serbiya hüquq-mühafizə orqanlarının əməkdaşları zəngin insanların qatıldığı bir yaxtada təşkil olunan ziyafətdə onlara xidmət göstərən qızları saxlayıblar.

Müstəqil.Az xəbər verir ki, bu sensasion xəbəri Serbiyanın “Respublika” qəzeti yazıb. Gizli mənbəyə istinadən yayımlanan xəbərdə bildirilir ki, həmin ziyafətin təşkilatçısı milyarder Nataniel Rotşild olub.

Ziyafətdə isə rusiyalı milyarder Oleq Deripaska, Monteneqro prezidenti Milo Djukanovic, nüfuzlu İngilis siyasətçisi Lord Peter Mandelson və “Şəhərdə seks” serialının ulduzu Cynthia Nixon da iştirak edib. Qəzet yazır ki, iki gün davam edən bu ziyafətə qızlar 3 min avro qarşılığında qatılıblar.

Deripaska nümayəndəsi ura.ru-ya verdiyi açıqlamada iddiaları təkzib edib. Monteneqro Prezidenti isə hələlik bu xəbərə heç bir şərh verməyib.

Müstəqil.Az

Share: