“Prezidentliyə namizəd olan hər kəs testdən keçməlidir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, həmin testlər əqli bacarıq istiqamətində olmalıdır:
“Prezident olmaq böyük əqli itilik və fiziki dözüm tələb edir. Əgər bu keyfiyyətlərə malik olmasanız, çox güman ki, uğur qazana bilməyəcəksiniz”.