İndoneziya Prezidenti Coko Vidodo ölkənin paytaxtının köçürülməsinə qərar verib.
Axar.az xəbər verir ki, bu barədə İndoneziyanın Planlaşdırma naziri Bambanq Broconeqoro danışıb.
Nazirin sözlərinə görə, ölkə rəhbəri sözügedən qərarı hazırkı paytaxt Cakartanın yerləşdiyi Yava adasının mərkəzi hissəsindəki sıxlıqla əlaqədar qəbul edib. Nazir həmçinin hələlik yeni paytaxtın dəqiqləşdirilmədiyini, lakin onun adanın şimal sahillərində olacağını və prosesin 10 ilə qədər davam edə biləcəyini qeyd edib.