Yutub sosial şəbəkəsinin “Avtorivyu.ru” kanalında paylaşılan görüntüdə dövlət rəsmiləri üçün nəzrədə tutulan “Kartej”in sınağı baş tutub.
Müstəqil.Az xəbər verir ki, avtomobil “NAMİ” adına elmi-araşdırma mərkəzinin poliqonunda sınaqdan keçirilir.
Video müəlliflərinə görə, tam ötürücülü “Kartej” 650 at gücünə, 8 silindirli mühərrikə və doqquz pilləli ötürücüyə malikdir.
“Sınağın bu mərhələsi enerji aqreqatının yoxlanılmasına yönəldilib”, – deyə ekspertlər bildiriblər.
Müstəqil.Az