Müqəddəs Ramazan ayı münasibəti ilə Liberiya prezidenti bir sıra xeyriyyə işləri görüb.
Moderator.az yazır ki, bu haqda emansion.gov.lr saytı xəbər yayıb. Bu Afrika dövlətinin başçısı olan Corc Vea adından ölkənin paytaxtı Monroviyadakı məscidə 2000 kisə düyü, 100 qutu balıq və 2000 dollar bağışlanıb.
Qeyd edək ki, 1995-ci ildə “Avropanın ən yaxşı futbolçusu” titulunu almış Corc Vea bundan əvvəl “Qızıl top”a da layiq görülüb. O, 2018-ci ilin yanvarında seçkilərdə qalib gələrək doğma ölkəsi Liberiyanın prezidenti seçilib.