Təyyarə qəzasında həlak olan “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin son görüntüləri ortaya çıxıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Priqojin Afrikada yerli sakinlərlə selfi çəkdirib.
Məlum olub ki, o, paytaxt Banqidə olub, sakinlərlə görüşdükdən sonra Maliyə yola düşüb.
Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y. Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb.