Professor İdris Abbasov və onun həyat yoldaşı Elnurə Abbasova bu gün xəstəxanadan evə buraxılıblar

On günə yaxındır ki, Yeni Klinikada koronavirusdan müalicə alan AMEA Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov və onun həyat yoldaşı Elnurə Abbasova bu gün xəstəxanadan evə buraxılıblar.

Müstəqil.Az bildirir ki, bu xəbəri alimin dpstu, tanınmış tənqidçi-şair Əsəd Cahangir özünün sosial şəbəkdəsdəki divarında paylaşım edib. Əsəd bəy daha sonra qeyd edib:

Bu münasibətlə İdris müəllimi və onun həyat yoldaşını təbrik edir, sizlərə isə ürəkdən gələn ən səmimi minnətdarlığımı bildirirəm. Sağ olun ki, dilçilik elmimizə böyük töhfələr vermiş bir alimi və onun ailəsini çətin gündə tək qoymadınız. Alimin elmə, ata və ananın övladlarına qayıtmasında əlinizdən gələni əsirgəmədiniz. Qoy bu həssas münasibətinizin qarşılığını Allah özü versin, çətin gündə, dar macalda sizi tək qoymasın! Biz birlikdə güclüyük! Bu, bizim ölüm və xəstəlik üzərindəki qələbəmizdir! Qoy Allah bizə cəbhədəki qələbəmiz haqda paylaşımlar qismət eləsin! AMİN!, deyə Əsəd Cahangir sonda özünün xoş arzularını da çatdırıb.
Müstəqil.Az

Share: