Professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının ikinci hissəsi işıq üzü görüb
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının ikinci hissəsi “Karvan köçər, ötər gedər sədası” adı ilə işıq üzü görüb.
“Karvan köçər, ötər gedər sədası” romanının mövzu və janr zənginliyi, sözün sehri” adlı ön sözün müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır.
Kitabın redaktoru Rəna Əhmədova, komputerdə yığan Suqrət Məmmədova, dizayner Nigar Tağıyevadır. 388 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
Romanın ikinci hissəsi 32 fəsildən ibarətdir. Romanda klassik romançılıq ənənələri, modernizmin ədəbi priyomlarından sayılan “Şüuraxını” metoduna müraciət, onların maraqlı poetik çalarları üst-üstə düşür, əsər forma və məzmunca yeni bir şəklə girir.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az