Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib
( Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının akademiki seçilib)
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının üzvü, professor Vüqar Əhməd Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin akademiki seçilib və sözügedən qurumun medalı ilə təltif olunub.
Vüqar Əhməd bu mükafata Azərbaycan və türk xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının Prezidenti, akademik Heydərbəy Bababəyov cənabları Vüqar Əhmədə Azərbaycanda elminin inkişafındakı xidmətlərinə görə akademik elmi adına layiq görüldüyünü bildirib və təbrik məktubu göndərib.
Ötən həftə Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının akademiki seçilmişdi.
Gülnar Səma
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə Əlaqələr şöbəsi
Müstəqil.Az