AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Dünya “Söz” Akademiyasının Rəyasət Heyətinin Fəxri Akademiki seçilib. Akademik, DÜSA-nın başqanı Vüqar Əhmədə bununla bağlı təbrik məktubu da göndərib. Bildirib ki, “Akademik diplomunun surətini göndərirəm, əslini isə Bakıda təqdimat mərasimi keçirib verəcəyik”.
Diplomun üzərində Türkiyə türkcəsində “Dünya “Söz” Akademiyasının Elmi Şurasının 16 dekabr 2021- ci il 7 saylı təklifi ilə Akademiyanın Rəyasət Heyətinin 25 yanvar 2022- ci il tarixli 115-15 saylı qərarı ilə hörmətli professor – doktor Vüqar Əhməd DÜSA-nın Fəxri Akademik Rəyasət üzvlüyünə layiq görülmüşdür. Təbrik edirik: Professor – doktor Hayrettin İvgin – DÜSA başqanı, professor- doktor Tuncər Gülənsoy- DÜSA Rəyasət Heyətinin sədri” – sözləri yazılıb.
Xatırladaq ki, Vüqar Əhməd bir müddət öncə Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin akademiki seçilmiş və qurumun medalı ilə təltif olunmuşdu. Eyni zamanda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmiş və “Türk Dünyasına Xidmət” Beynəlxalq Qızıl Medalı ilə təltif olunmuşdu. Daha sonra Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdi.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az