Fransa Liqa 1-nin lideri PSJ “Park de Prens” arenasında “Ayaçço”nu qəbul edib.
35-ci turun bu matçında üstün tərəf ev sahibi komanda olub.
Paytaxt klubu rəqibinin qapısından 5 cavabsız top keçirərək 3 xalı təmin edib – 5:0.
Oyun həmçinin hər iki komandanın qarşılaşmanı 10 nəfərlə bitirməsilə yadda qalıb. Belə ki, parislilərdən Hakimi, qonaqlardan isə Manqani meydandan qovulub.
Qələbə sayəsində PSJ xalını 81-ə çatdıraraq liderliyini möhkəmləndirib.
“Ayaçço” isə 23 xalla 18-ci yerdə qərar tutaraq Liqa 1-də qalmaq şansını itirib.