Tanınmış ispan mütəxəssis Luis Enrike artıq Fransanın “Paris Saint-Germain” klubu ilə işləməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Xatırladaq ki, Enrike PSJ-nin baş məşqçisi postunda Kristof Qaltyeni əvəzləyib.
Qeyd edək ki, 2022-ci ildə Qaltye iki illik əmək müqaviləsi bağlayaraq PSJ-nin baş məşqçisi vəzifəsinə dəvət edildi. 2022/23 mövsümündə onun rəhbərliyi altında paytaxt təmsilçisi Fransa çempionu olub.