PSJ dietoloqu işə götürüb.
Bu qərarı Paris klubunun futbol məsələləri üzrə müşaviri Luiş Kampuş verib. Diyetoloq vəzifəsinə peşəsini sonradan dəyişən keçmiş ispaniyalı futbolçu cəlb edilib.
Yeni dietoloqun ilk qərarı futbolçuların pəhrizindən kola və buzlu çayın çıxarılması olub.
Qeyd edək ki, “Coca-Cola” 22 ildir PSJ-nin tərəfdaşıdır. Ötən il tərəfdaşlıq müqaviləsi 2024-cü ilə qədər uzadılıb.
Mənbə: sports.ru