Artıq İraqda ABŞ qüvvələrinin varlığına dözmək istəmirlər.
Müstəqil.Az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov İraq parlamentinin ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərarını şərh edərkən deyib.
“Bumeranq effekti: Süleymaninin öldürülməsi ilə Tramp Suriyanın ardınca İraqı da itirməyəcəyinə ümid edirdi, amma əksinə oldu, İraq parlamenti ABŞ-dan ordusunu ölkədən çıxarmağı tələb etdi. Pompeo deyirdi axı, hamı ABŞ-ın xoş gücünü görəcək. Budur, həmin xoş gücü iraqlılar görmək istəmir”, – Puşkov bildirib.
Müstəqil.Az