Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətində raketlə vurulan İl-76 hərbi nəqliyyat təyyarəsi ilə bağlı insidentə münasibət bildirib.
-nın Moskva müxbiri xəbər verir ki, Putin hərbi təyyarənin vurulmasında Ukrayna tərəfini ittiham edib.
“Aydındır ki, İl-76 Kiyevin nəzarətində olan ərazilərdən buraxılan raketlərlə vurulub. Ukrayna Baş Kəşfiyyat İdarəsi İl-76-nın göyərtəsində ukraynalı hərbi əsirlərin olduğunu bilirdi” – deyə Rusiya prezidenti vurğulayıb.