Rusiya Prezidenti Vladimir Putin yaxın 3 ayda öləcək. Ay yarımdan sonra Rusiyada ciddi müharibə başlayacaq.
Müstəqil.Az xəbər verir ki, bu fikirləri təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən rusiyalı məşhur astroloqlardan biri Ukrayna mətbuatına açıqlamasında deyib.
“Vladimir Vladimiroviçin ani ölümü qaçılmazdır. Hazırda iki varianat var – xəstəlikdən ölmə və zorakılıq nəticəsində ölüm. Bu, sui-qəsd, hərbi zərbə və yaxud başqa bir şey də ola bilər. Nəsə demək çətindir”, – astroloq bildirib.
Onun sözlərinə görə, Rusiya üçün ciddi təhlükə Putinin ölümü yox, öz ərazisində müharibədir:
“Mən alov, dağıntı və çoxlu ölüm görürəm. Xüsusilə Moskva, Sankt-Peterburq və bütün ölkə boyu. Müharibəni yaxın ay yarım ərzində görürəm. Siyasətlə elə də maraqlanmıram, amma təxmin edə bilərəm ki, Rusiyada müharibənin əsl səbəbi Ukraynaya qarşı aparılan hərbi kampaniyadır. Bu müharibə öz ərazimizə gəlir. Bilmirəm necə, ola bilsin, NATO-ya toxunacağıq, o da cavab verəcək. Ola bilsin ki, vətəndaş müharibəsinə çevriləcək, etirazlar olacaq, bəlkə də başqa bir şey. Təəssüf ki, Rusiya hakimiyyətinin hərəkətləri ərazimizdə hərbi əməliyyatların aparılmasına səbəb olacaq”.
Astroloq onu da bildirib ki, Putinin ölümü və ya hakimiyyətdən uzaqlaşdırılması Rusiyada müharibənin qarşısını ala bilər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 69 yaşı var.
Müstəqil.Az