Rusiya Hava Kosmik Qüvvələrinin Su-35S qırıcıları BƏƏ paytaxtı Abu-Dabiyə uçuş boyu Prezident Vladimir Putinin təyyarəsini müşayiət edib.
-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, prezident təyyarəsini müşayiət etmək üçün uçuşun həyata keçirildiyi ölkələrdən xüsusi icazələr alınıb və Kreml onlara əməkdaşlığa görə minnətdardır.
Rusiya Prezidentinin sözçüsü Su-35S qırıcılarının Putinin hazırkı xarici səfəri boyunca onun təyyarəsini müşayiət edəcəklərini də söyləyib: “Su-35S-lər Ər-Riyada, sonra isə Moskvaya qədər təyyarəni müşayiət edəcək”.
Qeyd edək ki, Putin bu gün Abu-Dabiyə işgüzar səfərə gedib. Rusiya prezidentinin BƏƏ-dən sonra Səudiyyə Ərəbistanına səfər edəcəyi planlaşdırılıb.