Rusiya Prezidenti Vladimir Putin və İsrail Baş naziri Naftali Bennett arasında telefon danışığı baş tutub.
Müstəqil.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukraynada davam edən xüsusi hərbi əməliyyat ilə bağlı yaranan vəziyyəti müzakirə ediblər.
Bundan əlavə, Putin Bennettlə Moskva və Kiyev nümayəndə heyətləri arasında martın 7-də Belarusda keçirilən danışıqların üçüncü raundu ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.
Müstəqil.Az